Qəzvin şəhərində yaşayan azərbaycanlı jurnalist və sosial media fəalı Müctəba Rəhimi cərimə cəzasına məhkum edilib.
AzerTimes xəbər verir ki, bu barədə o özünün sosial media hesabında paylaşım edib.
“Prezident seçkisinin başa çatmasından sonra iyul ayının 13-də “yalan məlumat yaymaq və ictimai rəyi çaşdırmaq” ittihamına görə 6 milyon 600 milyon tümən (rəsmi məzənnə ilə 170 dollar) cərimə cəzasına məhkum edildim”, – jurnalist yazıb.
Qeyd edək ki, İranda keçirilən prezident seçkisi ilə bağlı 113 sosial media fəalı həbs edilib, onların çoxu dindirildikdən sonra girov qarşılığında sərbəst buraxılıb.