Seçkilərdə bunun qarşısını ala bildik – Ərdoğan

Seçkilərdə bunun qarşısını ala bildik – Ərdoğan

Mayın 14-də (red- Türkiyədə ötən baş tutan prezident seçkiləri) biz təkcə qarşımızdakı namizədlə mübarizə aparmadıq. Eyni zamanda Qəndildən Pensilvaniyaya qədər şər qüvvələrə də qarşı mübarizə apardıq.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldağda keçirilən mitinqdə deyib.

“Onlar seçkini qazanmaq uğruna dövlətin nazirliklərini satacaq qədər öz mənfəətlərinin qurbanı oldular. 14-28 May seçkilərində zonquldağlı qardaşlarımızın dəstəyi ilə bu kirli planın həyata keçirilməsinə icazə vermədik”, – Ərdoğan bildirib.

Teqlər: