Səsvermə prosesi problemsiz şəkildə tamamlanıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Ali Seçki Şurasının sədri Əhməd Yenər deyib.
Xatırladaq ki, bu gün Türkiyədə keçirilən parlament və prezident seçkiləri yerli vaxtla saat 17:00-da sona çatıb.
Səsvermə yerli vaxtla bugün saat 08:00-da başlayıb. Ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.