7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra hökumətin tərkibində dəyişikliklər olacaq.
Bu sözləri AzerTimes-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, prezident seçkilərindən sonra çox ciddi gözləntilərimiz var:
“Müəyyən istiqamətlər üzrə böyük islahatlar həyata keçiriləcək. Burada əsas gözləntilərimiz isə hökumətin tərkibində dəyişikliklərin olmasıdır”.