Azərbaycan sakinləri növbədənkənar prezident seçkilərində səs vermək istəyənlərin çoxluğu ilə əlaqədar seçki məntəqələrində növbələrə düzülmüşdülər.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov məlumat verib.
“Biz seçici axınının olacağını gözləyirdik. Bir çox məntəqələr açılanda səs vermək istəyənlər çox idi. Şəxsən mən səs verən zaman bir saata yaxın növbədə gözlədim”, – o deyib.
F.Cavadov qeyd edib ki, Azərbaycanda 6,4 milyona yaxın seçici var, onların əksəriyyəti səs verib.
Onun sözlərinə görə, bu, ölkə üçün yaxşı göstəricidir.