Xarici qüvvələr, siyasi dəllallar və əliqanlı qatillər tərəfindən sülh planına qarşı təxribatlar törədilir. Bunlar, artıq hər birimizə tanış taktikalardır. Hansı ki, Azərbaycan-Ermənistan arasında hər dəfə görüş baş verməzdən əvvəl və sonra qarşı tərəf bu yollara əl atır.
Ermənistanın Azərbaycana qarşı törədəcəyi təxribatlara cavabı mütləqdir. Azərbaycanın bu situasiyada atacağı addım onların mümkün təxribatlarına adekvat qarşılıq verməkdən ibarətdir. Sülh danışıqlarından sonra irəliləyiş qeydə alınmayacağı təqdirdə anti-terror əməliyyatlarına başlamaq lazımdır.
AzerTimes xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
O bildirib ki, təxribatlar mərhələsi əbədiyyətə qədər davam etməməlidir.
Bu, artıq Qırğızıstanda-Bişkekdə imzalanan atəşkəs anlaşmasından sonra sürən 27 -28 ilıik bir mərhələ deyil. Beynəlxalq hüquq və Ermənistanın özü də Azərbaycanın haqq davasının doğru olduğunu, Qarabağın Azərbaycan torpaqları olduğunu qəbul edir. Ərazi bütövlüyünü tanıyır”, – Karauz deyib.
O, seçkilərdən sonrakı dönəmdə Türkiyənin Azərbaycana qarşı siyasəti və Qarabağdakı anti-terror əməliyyatlarında gözlənilən rolundan danışıb.
“Türkiyədə qeyri-müəyyənlik dönəmi başa çatdı və seçkilərdən sonra Türkiyənin Azərbaycana yanaşması, siyasəti dəyişmir.
Sözsüz ki, “Şuşa bəyannaməsi” dünya durduqca duracaq. Bu, Türkiyə-Azərbaycan bərabərliyini dəmir yumruq şəklində havaya qaldırmış bir anlaşmadır.
Azərbaycan ordusu özünü müasir texnikası, hərbi avadanlıqları, qəhrəman əsgərləri ilə Qarabağdakı təxribatlara son qoya biləcək iqtidardadır.
“Şuşa bəyannaməsi” istiqamətində meydana gələ biləcək məsələlərdə Türkiyə maddi-mənəvi baxımdan Azərbaycanın yanında olmağa davam edəcək. Azərbaycan torpaqlarında təhlük meydana çıxarsa, Türkiyə öhdəsinə düşənləri hər zaman yerinə yetirəcək”.