“Rosneft”in rəhbəri İqor Seçinin yeganə oğlu, 35 yaşlı İvan Seçin vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“Ölümün rəsmi səbəbi tromb göstərilir. İvan Krasnoqorskdakı malikanədə ölüb. Mühafizə xidməti təcili yardım çağırıb, lakin qeyri-dəqiq ünvan verib. Nəticədə həkimlər iki saata yaxın gecikiblər, bu vaxt ərzində isə o, ölüb”, – məlumatda deyilir.
İddialara görə, İqor Seçin Rusiya İstintaq Komitəsinə, FTX və digər təhlükəsizlik qüvvələrinin əməkdaşlarına İvanın ölümü ilə bağlı məsələlərlə məşğul olmağı qadağan edib.
Kiçik Seçin 2014-cü ildən “Rosneft”də rəhbər vəzifədə çalışırdı.