Seçicilərin nəzərinə: “Asan xidmət”də…

Seçicilərin nəzərinə: “Asan xidmət”də…

Seçicilər Milli Məclisə növbədənkənar seçkilərlə bağlı “ASAN xidmət” mərkəzlərindəki “ASAN növbə” terminallarında səs verəcəkləri məntəqələri öyrənə bilərlər.

AzerTimes xəbər verir ki, terminallardakı “Seçici statusunu yoxla” adlı funksional bölmədə vətəndaşlar şəxsiyyət vəsiqələrini oxudaraq öz adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər.

Məlumatlar sistemdə əks olunmadığı təqdirdə, açılan yeni ekranda əlaqə məlumatları daxil edilməklə yerindəcə Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da təmin olunur.

Qeyd edək ki, 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə bağlı tətbiq edilən innovativ layihə Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə fəaliyyətinin nəticəsidir.

Teqlər: