Səbinə Kətanovaya cinayət işi açıldı

Səbinə Kətanovaya cinayət işi açıldı

Bloger Səbinə Kətanova idarə etdiyi avtomobillə piyadanı vurub.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, o paytaxtın Nərimanov rayonu ərazisində idarə etdiyi “Toyota Prado” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Daha sonda ərazidən uzaqlaşıb.

S. Kətanovanın hadisə törətməsi təhlükəsiz şəhər kameraları vasitəsilə aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Teqlər: