“Səbail”in kapitanının son vəziyyəti bəlli oldu

“Səbail”in kapitanının son vəziyyəti bəlli oldu

Azərbaycan Premyer Liqanın 12-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyunda huşunu itirərək xəstəxanaya aparılan “Səbail”in kapitanı Ağabala Ramazanovun son durumu açıqlanıb.

AzerTimes xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov futbolçunun həkim nəzarətində olduğunu deyib.

“Ağabala hazırda həkim nəzarətindədir. Lakin hazırda durumu qeyri-müəyyəndir. Yekun müayinədən sonra vəziyyətinin nə yerdə olduğunu biləcəyik”, – R.Məmmədov qeyd edib.

Teqlər: