Səbail rayonu ərazisində itkin düşmüş azyaşlı tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
Qurum rəsmisi qeyd edib ki, 10 yaşlı azyaşlı qısa müddətdə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.