Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
AzerTimes-ın məlumatına görə, günün ilk matçında “Səbail” “Şamaxı”nı qəbul edib.
“ASCO Arena”da keçirilən görüşdə hesab açılmayıb.
Meydan sahiblərinin heyətində Tural Bayramlı 42-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu nəticə ilə xallarının sayını 10-a çatdıran “Səbail” 7-ci, 4 xalı olan “Şamaxı” isə “Sumqayıt”ı qabaqlayaraq 9-cu pillədə yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Turan Tovuz”u 3, “Zirə” “Sumqayıt”ı 2 cavabsız qolla üstələyib. “Qəbələ” – “Kəpəz” matçında isə qalib müəyyənləşməyib – 1:1.
Tura “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.