“Səbail” Şahin Diniyevə təzminat ödəyəcək? – Rəsmi

“Səbail” Şahin Diniyevə təzminat ödəyəcək? – Rəsmi

“Səbail” klubu bir neçə gün öncə baş məşqçi postundan istefa verən Şahin Diniyevə təzminat ödəməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə Report-a klubun icraçı direktoru Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, heç bir təzminatdan söhbət gedə bilməz:

“Ona təzminat ödəyəcəyimizlə bağlı məlumat həqiqətə uyğun deyil. Şahin Diniyev könüllü istefa verib və klub qarşısında maliyyə məsələləri ilə bağlı hər hansı iddia qaldırmayıb. Yalnız son ayda işlədiyi müddətin əmək haqqını alacaq”.

Qeyd edək ki, cari mövsümün sonuna qədər müqaviləsi olan 58 yaşlı mütəxəssis Misli Premyer Liqasının XII turunun “Səbail” – “Kəpəz” matçından (0:1) sonra istefa verib. Komanda hazırda 8 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.

Teqlər: