Xəbər - Samir Əli – Trend:
Bakının Səbail rayon Polis İdarəsinə yeni rəis təyin olunub.
AzerTimes-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov tutduğu vəzifədən azad edilərək Səbail Rayon Polis İdarəsinə rəis təyin edilib.
Faktı AzerTimes-a Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.