

Misli Premyer Liqasının XX turunda “Səbail” öz meydanında “Kəpəz”i məğlub edib.
AzerTimes xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.
Bu qələbədən sonra xallarının sayını 15-ə yüksəldən Bakı komandası turnir cədvəlində 9-cu pilləyə yüksəlib. 14 xala malik “Kəpəz” isə yenidən sonuncu – 10-cu yerə düşüb.
Qeyd edək ki, XX turun ötən gün Şamaxıda baş tutan “Şamaxı” – “Zirə” matçında qonaqlar 2:1 hesablı qələbə qazanıb. Tura sabah “Araz-Naxçıvan” – “Neftçi” və “Qarabağ” – “Turan Tovuz” görüşü ilə yekun vurulacaq.