
Bu gün (26 sentyabr) futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.
İkinci oyun gününün birinci qarşılaşmasında “Səbail” klubu “Sabah” komandasını qəbul edib.
“ASCO Arena”da oynanılan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Bu qələbə sayəsində xalını 3-ə çatdıran “Səbail” son pillədən qurtulub və 7-ci yerə yüksəlib. 6 xala malik “Sabah” isə 2-cidir.