SCALP Rusiya üçün təhlükə yaradır – Puşilin

SCALP Rusiya üçün təhlükə yaradır – Puşilin

Fransanın Ukraynaya verdiyi SCALP raketləri Rusiya üçün təhlükə yaradır.

AzerTimes xəbər verir ki, bunu Donetsk separatçılarının rəhbəri Denis Puşilin deyib.

“Bizim üçün vəziyyət elə də dəyişməyib. Çünki Ukraynada Donetsk ərazini vura bilən silahlar çoxdan mövcuddur. Buna görə də mənzili yüksəldilmiş sözügedən raketlər Rusiyanın digər regionları üçün təhlükə daşıyır”, – Puşilin bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu raketlə mübarizə üçün yeni əks tədbirlər görür.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın yeni SCALP raketlərini verdiyini bildirmişdi.

SCALP-lar Britaniyanın “Storm” raketlərinin analoqudur.

Teqlər: