Ukraynanın bir qrup əks-kəşfiyyat əməkdaşı ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) generalı Viktor Mikulini döyüb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Hadisənin Ujqoroddakı “Three Aces” restoranında baş verdiyi qeyd olunub:
“Mikulin SBU-nun Mukaçevo əks-kəşfiyyat idarəsinin rəisi Andrey Panarin tabeliyində olan şəxslərlə birlikdə spirtli içki qəbul edib və özünü səs-küylü aparıb. Öz növbəsində, qurumda deputatın köməkçisi ilə görüş keçirən Mikulin şirkətə irad bildirib. Cavab olaraq həmin şəxslər onu vurmağa başlayıblar, daha sonra meşəyə aparıblar və orada mobil telefonunu əlindən alıblar və dişini sındıraraq döyməyə davam ediblər”.
Bildirilib ki, hazırda hücum edən şəxslər istintaq təcridxanasında saxlanılırlar, barələrində “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.