“Sberbank” Avropa bazarını tərk etdiyini açıqlayıb.
Trend-in
məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.
Qeyd olunur ki, Rusiya Mərkəzi Bankının göstərişlərinə əsasən “Sberbank” Avropadakı törəmə müəssisələri likvidliliklə təmin edə
bilmir.
“Mövcud vəziyyətdə “Sberbank” Avropa bazarını tərk etmək
qərarını alıb. Törəmə banklar pul vəsaitlərinin anomal axını və
əməkdaşların təhlükəsizliyinə təhdidlərlə üzləşib. Bununla belə, “Sberbank”ın törəmə müəssisələri yüksək həcmdə kapitala və
aktivlərə malikdir, müştərilərin əmanətləri sığortalanıb. Bankın
aktivləri bütün əmanətçilərə ödənişlərin həyata keçirilməsi üçün
kifayətdir”, – bankın məlumatında deyilir.