Saxtakarlığa hazırlıq gedir: Təbrizə xüsusi qüvvə yeridildi

Saxtakarlığa hazırlıq gedir: Təbrizə xüsusi qüvvə yeridildi

Prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə eyni vaxtda Təbriz və ətraf bölgələrinə xüsusi təyinatlı qüvvələrin cəlb olunduğu, başqa əyalətlərdən şəhərə əlavə qüvvələr gətirildiyi barədə məlumatlar yayılıb.

AzerTimes xəbər verir ki, bu barədə yerli mənbələr və bir sıra sosial media kanallarında məlumat yayıblar.

Bunun seçkilərinin nəticələrinin elan olunmasından sonra baş verə biləcək reaksiya və aksiyalara qarşı qabaqlayıcı tədbirlərin tərkib hissəsi olduğu ehtimal olunur.

Bir sıra yerli mənbələr bunu hakimiyyətin Məsud Pezeşkianın seçilməsinə mane olacağı, Səid Cəlilinin prezident elan ediləcəyinə dair işarə kimi qiymətləndirirlər.

Teqlər: