Xəbər - Ceyhun Ələkbərov – Trend:
Bakıda artıq iki gündür qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılıb.
Trend TV-nin mələmatına görə, iki gün ərzində bu çadırlara üz tutan insanların sayı 200 nəfərə yaxın olub. Buraya gələn insanlara içməyə çay və isti yeməklər təklif olunur.
İnsanların şaxtadan qorunması üçün qurulan çadırlardan birinin görüntülərini təqdim edirik: