Sloveniyanın Potcetrtek şəhərində Yeniyetmə və Gənc Savatçılar arasında keçirilən Dünya Çempionatına yekun vurulub.
Azərbaycan Savat Federasiyasından AzerTimes-a verilən məlumata görə, baş məşqçi Taleh Nağızadənin rəhbərliyi ilə çempionata qatılan savatçılarımız arasından yeniyetmə savatşı Məhəmməd Süleymanov (MOİK) (75kq) qızıl medal qazanıb.
Gənc savatçılarımız arasından isə Tamerlan Şahverdiyev(BAKI) (48kq) gümüş medala sahib olub.
Digər gənc savatçılarımız – Yasin İbrahimov (Gəncə) (52kq) və Ələkbər Xanməmmədov (Şuşa) (56kq) 1/5 finalda məğlub olublar.
Qeyd edək ki, Azərbaycan Savat Federasiyası yığmamızın qazandıqları medalları Azərbaycan Silahlı Qüvvələrinə həsr edib.