Rusiyanın başlatdığı müharibə Ukraynada deyil, Moskvada bitəcək. Putin rejimini devirmək üçün qoşunlar Kremli ələ keçirməli olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.
“Mən həmişə demişəm və yenə deyirəm ki, bu müharibə Ukraynada yox, Moskvada bitəcək. Hətta əgər Ukrayna bütün torpaqlarını azad etsə, hər hansı razılaşma olsa belə, bu, 100 faiz ehtimalla gerçəkləşəcək. Putini bitirməyənə qədər təhlükəsizlik olmayacaq. Sadəcə Putini deyil, imperiyanın siyasi və ictimai strukturlarını ləğv edənə qədər… Moskvaya getməli olacağıq”, – deyə o bildirib.