Ukraynalı hərbçi uşaq vaxtı onu atıb gedən atası ilə döyüşlərdə qarşılaşıb.
AzerTimes xəbər verir ki, bu barədə hərbçi “Nastoyaşee vremya”ya açıqlamasında deyib.
Aleksandr adlı döyüşçü bildirib ki, atası ilə bir-birini zirehli maşınlarda görüblər.
“Birdən tank çıxdı və yandan zərbə endirdi. Zireh saxladı. Dərhal atam zəng etdi”.
Onun sözlərinə görə, bir müddət sonra atasının minaya düşərək öldüyünü öyrənib.