“Saudi Aramco”nun gəlirləri rekord həddə artdı

“Saudi Aramco”nun gəlirləri rekord həddə artdı

Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin 2022-ci ildə təmiz gəliri 161.1 milyard dollar təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd olunub.

Buna yüksək neft qiymətləri və satışın həcmi səbəb olub. 2022-ci ildə şirkət orta hesabla sutkada 13.6 milyon ton neft hasil edib.

Qeyd edək ki, şirkətin 2021-ci ildə gəliri 110 milyar dollar təşkil etmişdi.

Teqlər: