Satqınlar var, Bakı hər addımımdan xəbərdardır

Satqınlar var, Bakı hər addımımdan xəbərdardır

Hazırda danışıqlar gedir. Gəlin görək imkanlar nələrdir. Bildiyimə görə, Laçın və Sus sakinləri sosial proqramlar çərçivəsində təzminat alıblar. Biz Laçından yan keçməliyik. Ermənilərin bu yaşayış məntəqələrindən çıxarılması məsələsi bu gün müzakirə olunmayıb. Biz heç kimə deməmişik ki, Laçından çıxın, amma çətin ki, soydaşlarımız Laçında yaşamağa davam edə. Zabux ilə bağlı danışıqlarımızı və mübarizəmizi davam etdirəcəyik.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşdirilən rus sülhməramlıların himayəsində fəaliyyətini davam etdirməyə çalışan separatçı tör-töküntüsünün başçısı Araik Arutyutyan deyib.

“Marşrutla bağlı Azərbaycan və Rusiyadan bir neçə təklif almışıq. Bütün təkliflər rədd edildi. Burada açmaq istəmədiyim sirlər var”, – deyə Arutyunyan bildirib.

“Ədalət” partiyasından olan deputat David Qalstyanın 9/10 noyabr bəyanatı ilə bağlı “Ermənistan tərəfi heç olmasa, bir bəndin icrasını dayandıra bilmir?” sualına Arutyunyan bu cür cavab verib:

“Biz bəyanatın 6-cı bəndini yerinə yetirməkdən imtina edə bilərik, lakin bunun nəticələrini müzakirə etməliyik. Mən də Laçından çıxmaq siyasətinə qarşıyam, amma 120 min insanımızın taleyini düşünməliyik. Təəssüflər olsun ki, ölkədə elə bir xain şəbəkə var ki, azərbaycanlılar hətta mənim kabinetdən çıxıb “parlamentə” nə vaxt gəldiyimi də bilirlər”.

Teqlər: