2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərənləri cəzalandıranlar, döyüş ruhuna zərbə vuranlar işğalçılarla, 2020-ci ildə dövlətimizi müharibədən çəkindirmək istəyənlərlə eyni cərgərdədilər. Zəfərimizdə müstəsna rolu olan Dördgünlük müharibəyə qarşı təxribatın tələsinə düşənlər ordunu düşmənlə sövdələşməkdə suçlamaqla işğala dəstək veriblər. İndi görün, kimdir satqın?
AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Tərtər işi” ilə bağlı çıxışında deyib.
“İrəvanda ölkəmizlə məxfi işbirliyi adı ilə məhkəmə qurulub, bizdə isə 11 nəfər həyatını itirsə də, əksəriyyəti əzablara dözərək, o adı üzərlərinə götürməyiblər. 44 gündə qalib gələn də elə həmin iradə və ruh idi. Haqsız həbsə atılanlar torpaqlarımızı azad edənlərlə bir səngərgədədilər. Heç şübhə yoxdur ki, işgəncə ilə öldürülənlər, azadlıqdan məhrum edilənlər 2020-ci ilin Vətən müharibəsinə qatılsaydılar, yüzlərlə düşməni məhv edərdilər. Görün, indi kimdir xəyanətkar? Bizim ordu qalib ordudur, sizsə mütəşəkkil qanunsuz dəstə”, – o bildirib.