Satdığı şirniyyatdan qurd çıxan market rəhbərliyi məsuliyyətə cəlb olunub

Xəbər - Çingiz Səfərli – Trend:

Bakıda qaydalara uyğun fəaliyyət göstərməyən marketin sahibi cərimələnib.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, istehlak zamanı şirniyyat məhsulundan qurd çıxması ilə bağlı KİV-də yayılan məlumat əsasında Agentlik əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., ev “Q”, 556/557-ci məhəllə, m.1 ünvanında yerləşən, fiziki şəxs Nağıyev Araz Fazil oğluna məxsus “Kazbek” marketdə plandankənar yoxlama keçirib.

Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib.


Belə ki, marketdə mal qonşuluğu prinsipinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı, həmçinin işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi, dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aparılmadığı müəyyən edilib.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Teqlər: