Volodya (Vladimir Solovyov – red.) hər şeyi yazdı və buna tam hüququ var. Ola bilər ki, bu, onun 60 illik yubileyinə təsadüf edib, amma bu, qətiyyən qəsdən deyil, təsadüfən baş verib.
AzerTimes xəbər verir ki, bu sözləri şərqşünas Yevgeni Satanovski teleaparıcı Vladimir Solovyovun onu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya ünvanladığı ifadələrə görə “Solovyov LIVE” kanalından qovması haqda deyib.
O bildirib ki, gəncliyində “Çəkic və Oraq” metallurgiya zavodunun qaynar sexində işləyib:
“Bu cür tərcümeyi-halı olan şəxsin hansı leksikası olduğunu təsəvvür edirsinizmi?”
O, Solovyovun doğru qərar verdiyini də vurğulayıb.
Qeyd edək ki, Satanovski Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarovanı təhqir etmiş və onun kimi bir şəxsin Rusiya Xarici İşlər Nazirliyinin spikeri olmasına təəccübləndiyini bildirmişdi. Solovyov bu sözlərinə görə onu işdən qovub.