Satanovski: Ermənistan türk vilayətinə çevriləcək

Satanovski: Ermənistan türk vilayətinə çevriləcək

Ermənistanın KTMT-dən çıxması qaçılmazdır, lakin bunu heç bir şəkildə qiymətləndirmirəm, çünki bu, artıq heç bir rol oynamır. Deməli, Ermənistan Rusiyadan, Rusiya isə Ermənistandan ayrı yaşayacaq.

AzerTimes xəbər verir ki, bunu Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski deyib.

“Rusiya ictimaiyyəti üçün erməni gündəmi bitdi. Ermənistanın Rusiya ilə münasibətlərində nələrin baş verəcəyini kim proqnozlaşdıra bilər? Heç kim. Dünyada KTMT-nin üzvü olmayan çoxlu ölkə var və onları Rusiya ilə heç nə birləşdirmir, məsələn, müdafiə məsələlərində. Bu həmin Türkiyəyə də aiddir. Bizim məgər Türkiyədə hərbi bazalarımız var?” – o bildirib.

Satanovskinin sözlərinə görə, bütün bunların necə bitəcəyi sırf Ermənistan rəhbərliyinin məsələsidir:

“Sonra isə erməni xalqının məsələsi olacaq. Paşinyan ona görə hakimiyyətə gəldi ki, Rusiyanın Ermənistandakı varlığını kənarlaşdırsın, İrəvanda NATO peyda olsun. Bunun İrəvan üçün nə ilə nəticələnəcəyi, Ermənistanın qorunub saxlanması onu qətiyyən maraqlandırmır. Bu baxımdan o, Zelenskiyə bənzəyir. Onlar eyni adamlardır və eyni məqsədlər üçün hakimiyyətə gətirildilər”.

Satanovski Ermənistanın türk vilayətinə çevrilə biləcəyini bildirib:

“Ərdoğanı tanıyıram, onun nə dediyini çox gözəl anlayıram, nə etdiyini görürəm. Bunu necə görməyəsən, necə başa düşməyəsən, bununla bağlı özünə hesabat verməyəsən? Hesab edirəm ki, gələcəkdə Ermənistan mövcud olmayacaq. Bəs Zəngəzurdan keçən dəhliz nəyin bahasına açılacaq, Paşinyanın Fransada və ya ABŞ-da hardasa şəxsi hesabında bir neçə milyard dollarının olması bahasına, yoxsa başqa bir yolla? Bu, bilinmir”.

Teqlər: