“Azərbaycan Hava Yolları” (AZAL) QSC “PAŞA Travel” MMC ilə birlikdə Misirin Şarm əl-Şeyx şəhərinə çarter reyslərinin sayını artıracaq.
Bu barədə AzerTimes-a AZAL-dan bildirilib.
Məlumata görə, noyabrın 4-dən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.