Şarl Mişel Zelenskini sammitə dəvət etmədi

Şarl Mişel Zelenskini sammitə dəvət etmədi

Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel Ukrayna Prezidenti Vladimir Zelenskini iyulun 17-18-də Brüsseldə keçiriləcək Avropa Birliyi-Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) sammitinə dəvət etmək fikrindən daşınıb.

AzerTimes xəbər verir ki, bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, ukraynalı siyasətçi sammitdə iştirak etmək üçün birbaşa müraciət etsə də, Şarl Mişel onu dəvət etməmək qərarına gəlib.

Teqlər: