Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Mişel sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, Zelenski ilə telefon danışığı Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ildönümünə həsr olunub. Eyni zamanda, tərəflər Krım yarımadasının işğalının 10-cu ildönümünü də müzakirə ediblər.
“Mən AB-nin Ukraynaya lazım olan qədər maliyyə və hərbi dəstəyini bir daha təsdiqlədim. Rusiya Ukraynada demokratiya alovunu heç vaxt söndürə bilməyəcək. Ukraynanın müqəddəratı AB-dədir”, – avropalı siyasətçi vurğulayıb.