Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı həyata keçirib.
AzerTimes-ın məlumatına görə, bu barədə Ş.Mişel öz “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, tərəflər beynəlxalq məsələlər, Qarabağdakı vəziyyət və aprelin 6-da Brüsseldə keçirilmiş Ş.Mişelin Azərbaycan
və Ermənistan liderləri ilə görüşünün nəticələri müzakirə olunub.
Bundan başqa, Şarl Mişel Rusiya prezidentini Pasxa bayramı ərəfəsində Mariupolda və Ukraynanın digər şəhərlərində humanitar dəhlizlər açmağa çağırıb.