Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında Minsk qrupuna istinad yoxdur – Rufiz Hafizoğlu (VİDEO)

Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında Minsk qrupuna istinad yoxdur.

Trend xəbər verir ki, bu sözləri “XƏZƏR Xəbər”-ə müsahibəsində Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda görüş zamanı Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi deyil, fərqli statusda iştirakı dünyaya bir mesajdır.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə YUNESKO missiyasının göndərilməsi bizim üçün çox önəmlidir. Eyni zamanda, biz, Azərbaycan olaraq, işğaldan azad edilmiş bölgələrdə İslam mədəniyyətini tərənnüm edən abidələri deyil, həmçinin xristian mədəniyyətinə aid abidələri də bəpa etdik”, – Rufiz Hafizoğlu vurğulayıb.

Teqlər: