Şarl Mişel Tokayevlə görüşdü

Şarl Mişel Tokayevlə görüşdü

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Ş.Mişel Tvitterdə yazıb.

O, Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirmək niyyətində olduğunu bildirib:

“Qazaxıstan prezidenti ilə ümumi maraq doğuran məsələlər müzakirə olunub. Həmçinin intensivləşən iqtisadi əlaqələr, insan hüquqları barədə fikir mübadiləsi aparılıb”.

Qeyd edək ki, Mişel Astanada səfərdədir.

Teqlər: