Şarl Mişel Paşinyanla görüşdü

Şarl Mişel Paşinyanla görüşdü

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

AzerTimes xəbər verir ki, görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.

Məlumata əsasən, tərəflər Azərbaycan-Ermənistan sərhəddəki vəziyyəti müzakirə edib.

Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etməsindən narahat olduğunu və regional problemlərin sülh danışıqları yolu ilə həllinin vacibliyini vurğulayıb. Həmçinin, iki ölkə arasında dialoqu təşviq etməyə hazır olduğunu da bildirib.

Teqlər: