Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək.
AzerTimes xəbər verir ki, Ş.Mişel bu barədə Tvitterdə yazıb
O bildirib ki, oktyabrın 26-27-də Qazaxıstanın paytaxtı Astanaya gedəcək və ölkə prezidenti Qasım-Jomart Tokayevlə görüşəcək:
“Oktyabrın 28-də isə Özbəkistana səfər edəcəyəm və Prezident Şövkət Mirziyayevlə danışıqlar aparacağam”.
Ş.Mişel qeyd edib ki, AB Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və regiondaxili əməkdaşlığı dəstəkləməyə hazırdır.