Sarkozi 3 il müddətinə həbs olundu

Xəbər - Orxan Nəbiyev –

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikolya Sarkozini 3 il müddətinə həbs edib.

AzerTimes-ın məlumatına görə, keçmiş prezident korrupsiyada və nüfuzundan sui-istifadə etməkdə təqsirli bilinib.

Qeyd olunur ki, cəza müddətinin 2 ili şərti təyin olunub.


Nikolya Sarkozi Fransa tarixində real həbs müddəti almış ilk prezident olub.