Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qohumu Narek Sarkisyan 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
AzerTimes bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, o, qanunsuz silah, döyüş sursatları, narkotik vasitələr saxlamaqda, eləcə də insan oğurluğunun təşkil olunmasında təqsirli bilinib.
N.Sarkisyan 2018-ci ilin dekabrında İnterpol tərəfindən Praqada saxlanılıb, 2019-cu ilin dekabrında Ermənistana ekstradisiya edilib.
O, bundan əvvəlki həbs müddəti nəzərə alınmaqla, daha 3,5 il həbsdə keçirəcək.