Sarayda dəhşətli qəza: 3 ölü, 4 yaralı

Sarayda dəhşətli qəza: 3 ölü, 4 yaralı

Abşeron rayonun Saray qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, axşam saatlarında “Mersedes” markalı minik avtomobili ilə “İveko” markalı yük avtomobili toqquşub.

Hadisə zamanı üç nəfər: 2018-ci il təvəllüdlü Zəminə Hüseynli, 2007-ci il təvəllüdlü Məryəm Allahverdiyeva və 1974-cü il təvəllüdlü Afət adlı şəxs dünyasını dəyişib. Qəza zamanı xəsarət almış bir ailənin 4 üzvü Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Teqlər: