Saqyan Ordumuzun əməliyyatından danışdı – Şok etiraf

Saqyan Ordumuzun əməliyyatından danışdı – Şok etiraf

Sentyabrın 19-da başlayan döyüşlərdə hadisələr çox sürətlə inkişaf edirdi. Saat 16:30-17:00-a kimi oğlumdan xəbər ala bilmədim. Sonra məlum oldu ki, azərbaycan hərbçiləri artıq Çərəkdardadır.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ağdərədə kənd icmasının rəhbəri Vardqes Saqyan “Pastinfo”ya deyib.

V.Saqyan amansız döyüşlərin getdiyini bildirib.

“Döyüşün şiddətini təsvir edə bilmirəm. Bizim olduğumuz istiqamətdə altı topdan ikisi qalmışdı, dördü vurulmuşdu. İkisi gözümün önündə yox oldu. Bizimkilər uzun müddət müqavimət göstərə bilmədilər. Toplarımız sıradan çıxarıldıqdan sonra pulemyotla döyüşə bilməzdik”, – o etiraf edib.

Saqyan Qarabağdakı silahlı terrorçulara qarşı keçirilən antiterror əməliyyatını “cəhənnəm saatları” adlandırıb.

Qeyd edək ki, Azərbaycan Ordusu 19-20 sentyabrda Qarabağda təxribatlar törədən qanunsuz silahlılara qarşı antiterror əməliyyatı keçirib. 23 saat davam edən əməliyyat nəticəsində terrorçular təslim olub.

Teqlər: