Şabran rayonunun Şahnəzərli kəndi ərazisində Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Şaqman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobilləri toqquşub.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə sentyabrın 21-i saat 23 radələrində qeydə alınıb.
Qəza nəticəsində “Nissan” markalı avtomobildə olan sərnişin – Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.