“Saola” Çinin cənubunu vurdu: 900 min insan təxliyə olundu

“Saola” Çinin cənubunu vurdu: 900 min insan təxliyə olundu

“Saola” qasırğası Çinin cənubunu cənginə alıb, 900 minə yaxın insan təhlükəsiz yerə təxliyə edilib.

AzerTimes xəbər verir ki, bu barədə məlumat verən Quandun əyalətinin Meteorologiya Bürosu bildirib ki, yerli vaxtla səhər saat 03:30-da Honkonqun cənubundakı Çjuhay şəhərinin kənarında güclü fırtına baş verib.

Qasırğanın Quanqdonq sahilləri boyunca cənub-qərb istiqamətində təxminən 17 km/saat sürətlə hərəkət edəcəyi, dənizə çatmamışdan öncə zəifləyəcəyi proqnozlaşdırılır.

Dəmir yolu səlahiyyətliləri cümə axşamından şənbə günü axşam saatlarına qədər Quanqdonqa daxil olan və ya çıxan bütün qatarların hərəkətinin dayandırıldığını bəyan ediblər.

Teqlər: