Şanxayda koronavirusla yoluxma hallarında artım qeydə alınıb

Çin hakimiyyəti hələ də Şanxay meqapolisində koronavirus
infeksiyasının yayılmasının qarşısını ala bilmir.

AzerTimes-ın
məlumatına görə, bu arədə Çin Dövlət Səhiyyə Komitəsindən
bildiriblər.

Ötən gün ölkədə 1 350 nəfərin koronavirusla kəskin formada
xəstələnməsi qeydə alınıb və Çində ayrıca qeydə alınan 23 815
asemptomatik yoluxma halı qeydə alınıb. Onlardan müvafiq olaraq 16
və 78 xəstə xaricdən gəlib, qalanları isə ölkə daxilində
yoluxub.

Şanxay epidemiyanın episentri olaraq qalır. Orada ötən gün 1 015
nəfərin koronavirusla kəskin formada xəstələnməsi və 22 609
asemptomatik yoluxma halı qeydə alınıb.

Şəhərdə ciddi karantin tədbirləri tətbiq edilib və virusun
yayılmasının qarşısını almaq üçün ölkənin digər bölgələrindən əlavə
tibb işçiləri, o cümlədən hərbi tibb işçiləri ora göndərilib.