Şanxayda əhalinin koronavirusa qarşı kütləvi testlərinin mövbəti mərhələsi başlayır

Çinin Şanxay şəhərində koronavirusa yoluxma hallarının
müəyyənləşdirilməsi üçün kütləvi testlərin növbəti mərhələsi
başlayıb.

Trend-in
məlumatına görə, bunu şəhərin mer müavini Tszun Min deyib.

O bildirib ki, alınan test nəticələri əsasında şəhərin müxtəlif
zonalarında müxtəlif səviyyəli məhdudiyyət tədbirləri
görüləcək.

Qeyd edək ki, Şanxayda martın ortalarından tətbiq olunan tam
qapanma tədbirlərinə baxmayaraq simptomsuz yoluxmaların sayı
artır.

Ötən gün şəhərdə 1 015 nəfərin koronavirusla kəskin formada
xəstələnməsi və 22 609 simptomsuz yoluxma halı qeydə alınıb.