Şanxayda dünyanın ən böyük limanının fəaliyyəti iflic vəziyyətinə düşüb

COVID-19-un yayılması ilə əlaqədar yerli hakimiyyət orqanları
tərəfindən tətbiq edilən kütləvi qapanma səbəbindən onlarla
konteyner gəmisi dünyanın ən böyük Şanxay limanına daxil ola
bilmir.

Trend xəbər verir ki, liman qismən bağlanıb. Bu artıq ciddi
problemlər yaradıb. Liman tam potensialının üçdə bir gücündə
işləyir. Logistika operatorları yükləri alternativ məntəqələrə
yönləndirirlər.

Bu isə daşınma xərclərinin artmasına səbəb olur. Karantin
səbəbindən həmçinin Çin hava logistika mərkəzi sayılan Pudong hava
limanı qapanıb.

Karantin aprelin 5-dək davam edəcək.