Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin adınız öz qanuni hüquqlarını qoruyan, haqlı olaraq beynəlxalq arenada layiqli yer tutan Azərbaycanın ən yeni tarixinin ayrılmaz hissəsidir. Sizin rəhbərliyinizlə yürüdülən ardıcıl, ölçülüb-biçilmiş xarici və daxili siyasət Azərbaycan Respublikasının nüfuzunun durmadan artmasına, onun mövqelərinin möhkəmlənməsinə imkan yaradır.

Çoxillik siyasi təcrübəniz, fədakar əməyiniz, yüksək peşəkarlığınız, məsuliyyətli fəaliyyətiniz və qətiyyətli qərarlarınız sayəsində ölkənin müasir simasını formalaşdırmış bir sıra vacib dəyişikliklər həyata keçirilmiş, onun milli maraqlarının hərtərəfli müdafiəsi təmin edilmiş, Azərbaycan xalqının rifahı naminə ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrdə səmərəli nəticələr əldə edilmişdir.

Siz Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çalışdığınız müddətdə Vətənə sədaqətlə xidmətin parlaq nümunəsini göstərmiş, milyonlarla həmvətəninizin səmimi hörmətini qazanmış, həmçinin xaricdə də böyük nüfuz sahibinə çevrilmisiniz.

Tam əminliklə demək olar ki, 2021-ci ildə 20 yaşı tamam olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) birgə səylər sayəsində güclü transregional təşkilat kimi geniş beynəlxalq nüfuz qazanmışdır. Təşkilatın fəaliyyətinə Sizin şəxsi diqqətiniz, onun Katibliyinin işində fəal iştirakınız, dialoq üzrə tərəfdaş qismində Azərbaycanla qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi ŞƏT-in gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

İcazə verin, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, ölkənin rifahı naminə yeni müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayım”.

Teqlər: