Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın müşahidəçi statusu ilə bağlı məsələni araşdırır

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətləri Azərbaycan
və Ermənistanın müşahidəçi statusunu alması məsələsini diqqətdən
keçirir.

Trend-in
məlumatına görə, bunu TASS agentliyinə müsahibəsində təşkilatın baş
katibi Çjan Min deyib.

“Azərbaycanla Ermənistanın müşahidəçi statusu alması məsələsinə
gəldikdə, ŞƏT üzv dövlətləri bu məsələni fəal şəkildə araşdırır.
Hələlik dəqiq vaxt demək mümkün olmasa da, mən bu məsələyə nikbin
yanaşıram”, – deyə o bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər diqqətə
alınmalı olan vacib amildir.

“ŞƏT üzv dövlətləri təşkilata ikitərəfli ziddiyyətlərin daxil
edilməməsi məsələsində yekdildir. Bu, təşkilata daxil olmaq
iddiasında olan bütün ölkələrin yerinə yetirməli olduğu
öhdəlikdir”, – baş katib deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: