Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərinə qururdu.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Estoniyaya 3-1 hesablı məğlubiyyəti şərh edərkən deyib.
“Komandamız görüşə çox yaxşı başlamışdı. 35-ci dəqiqəyə qədər kompakt oyun sərgiləyirdik. Rəqib komanda qapımız qarşısında qol şansı əldə edə bilmirdi. Lakin futbol belə bir oyundur. İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı. Özümüzü toparlayıb, bərabərlik qolunu vurduq. Təəssüf ki, bərabərliyi qoruyub saxlaya bilmədik. Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərinə qururdu. Əgər topu rəqib qapısından keçirə bilmirsənsə, qarşı tərəf bundan faydalanacaq”, – Santuş bildirib.